Qazaxıstanın qəbul edəcəyi əlifba ortaq türk əlifbası olacaq

Astana, 21 oktyabr, AZƏRTAC

144543188935114625_1000x669

Türkdilli ölkələr arasında qarşılıqlı anlaşmanı təmin etmək, inteqrasiya proseslərini sürətləndirmək və elmi tədqiqatları daha geniş şəkildə əlaqələndirmək üçün ortaq əlifbanın tətbiqi vacibdir.

Qazaxıstanda fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının məlumatına görə, 34 hərfdən ibarət əlifba-layihə əsasən Azərbaycanda istifadədə olan əlifba əsasında hazırlanıb və indi məhdud çərçivədə tətbiq olunsa da, müəyyən mərhələdə bütün türkdilli ölkələrin istifadəsi üçün tövsiyə ediləcək.

Bu fikirdə olan Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı bildirib ki, Akademiyanin nəzdindəki Terminoloji Komitənin əsas fəaliyyət sahələrindən biri də elə ortaq əlifba üzərində işi davam etdirməkdir. O deyib: “İnteqrasiya proseslərini genişləndirmək, elmi tədqiqatları daha sıx şəkildə əlaqələndirmək üçün bizim ortaq əlifbaya ehtiyacımız var. Təbii ki, bu ölkələrin öz təşəbbüsünə bağlıdır. Lakin biz beynəlxalq təşkilat olaraq 34 hərfli ortaq əlifbanı tətbiq etməkdəyik. Bununla bağlı qərar Türk Şurasının toplantısında qəbul olunub. Türk Akademiyası öz nəzdində Terminoloji Komitə yaratmaqla bu istiqamətdə də hazırlıqları davam etdirir”.

Hazırda Beynəlxalq Türk Akademiyasının türkdilli ölkələrin ümumi istifadəsi üçün nəzərdə tutulan 34 hərfli ortaq latın əlifbasından istifadə etdiyini bildirən Darhan Kıdıralı bu əlifbanın latın qrafikalı Azərbaycan əlifbasına daha yaxın olduğunu qeyd edib, bunun da obyektiv səbəblərini diqqətə çatdırıb: “Bu 34 hərf xüsusilə Azərbaycanda hazırda istifadə olunan əlifba ilə eynilik təşkil edir. Azərbaycan Şərq və Qərb türklüyünün arasında bir körpü, dili də həm oğuz, həm də qıpçaq türklərinə yaxın olduğundan, istifadə etdiyi əlifbada türk xalqlarının çoxunun səsi əhatə olunduğundan biz bu əlifbanı transkript, istifadə edəcəyimiz, anlaşa biləcəyimiz ortaq əlifba kimi düşünürük”.

Qeyd edək ki, artıq Qazaxıstan 2025-ci ilədək latın əlifbasına keçməklə bağlı hazırlıqlar həyata keçirir və hesab olunur ki, Qazaxıstanın qəbul edəcəyi əlifba 34 hərfli ortaq türk əlifbası olacaq.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

http://azertag.az/xeber/894699#.VinoVdludqF.facebook

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s